Ət yeməyənlər üçün resept
27 Sentyabr 2009 Bazar 15:30
Ət yeməyənlər üçün resept. Göbələkli kələm dolması.
Göbələkli kələm dolması
1 baş- kələm
1 ədəd (orta ölçüdə)-göbələk (şampinyon)
2 ədəd- soğan
2 diş-sarımsaq
1/2 stəkan-düyü
5 xörək qaşığı-tomat pastası
Bitki yağı
Un
Zövqə görə duz
Soğan, sarımsaq və göbələyi təmizlədikdən sonra doğrayın. Kələmin yarpaqlarını ayırın və onları qazana yerləşdirin. Sonra üzərinə qaynar su əlavə edərək, bu vəziyyətdə 15-20 dəqiqə saxlayın. Düyünü bişirərək üzərinə tomat pastası, doğranmış soğan, sarımsaq və göbələyi də əlavə edin. Kələm yarpaqlarının hər birinin ortasına 1-2 xörək qaşığı içlik qoyun və konvert şəklində bükün. Alınan dolmaların üzərinə un səpərək, tavada bitki yağında hər iki üzünü qızardın. Sonra bu tavanı sobada 30 dəqiqə saxlayın.
Nuş olsun! ANSPRESS
DOSTLARINLA PAYLAŞ: