Dondurulmuş qida keyfiyyətli mi?
01 Yanvar 2010 Cümə 21:10
Dondurulmuş qida keyfiyyətli mi? Bu məhsullardan bəzi istifadə qaydaları var ki, bunları bilmək vacibdir.
Müasir dördə vaxtdan səmərəli istifadə çox önəmlidir. Bu səbəbdən də gündəlik həyatımızda bəzi hallar var ki, onların asan həll yolu tapılıb. Bu sahələrdən biri də qidalanma sahəsidir. Beləki dondurulmuş qidalar bizə zaman qazandırmaq üçün düşünülmüş üsullardandır. Lakin bəzən alıcılar dondurulmuş qidanın keyfiyyətinə və təhlükəsizliyinə şübhə ilə yanaşır.

ABŞ və Avropada dondurulmuş qidadan istifadə təqribən 50 il bundan əvvələ təsadüf edir. Qidanı donduran zaman onun ətrafındakı su buz kristallarına çevrilərək məhsulun fiziki, kimyəvi və mikrobioloji cəhətdən keyfiyyətinin itrməsinə mane olur, onun təzəliyini qoruyub saxlayır. Lakin dondurulmuş qidadan bəzi istifadə qaydaları var ki, bunları bilmək vacibdir.

Dondurulmuş qidanı isti suya salaraq və ya isidərək donunu açmaq düzgün deyil, donun açılması normal temperaturda öz-özünə tədricən baş verməlidir.

Donu açılan qidanı saxlamadan bişirmək məsləhətdir.

Donu açılmış qidanın müəyyən miqdarını istifadə etdikdən sonra qalan hissəsini yenidən dondurmaq məsləhət deyil, bunun üçün də yalnız ehtiyacınız olduğu qədər məhsulun donunu açın. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar