Dondurma möcüzəsi
27 İyun 2010 Bazar 09:55
Dondurma sümüklərin inkişafına kömək edir.
Hər gün 100 qram dondurma insan orqanizmi üçün faydalıdır. Əsasən yayın ən gözəl diserti olan bu məhsul uşaqlarda sümüklərin inkişafına yardım edir. Türkiyənin İnönü Universitetinin tibb mərkəzinin baş diyetoloqu Aygül Güvənin sözlərinə görə, dondurmanın tərkibində maqneziyum, dəmir və fosfor kimi minerallarla yanaşı A, B, C, D, E qrupu vitaminlərdə var. “Sütdə olan kalsiyum və fosforun miqdarı dondurmanın tərkibində daha da çoxalır. Bunun üçündə hər gün 100 qram dondurma uşaqların inkişafı üçün önəmlidir. Amma bu miqdarın artırılması bir çox xəstəliklərlə yanaşı artıq çəkiliyədə yol aça bilər”. Dondurmanın daha bir xüsusiyyəti isə onun başqa şirniyyatlara nisbətən daha az kalorili olmasıdır.
Həkim şokoladlı dondurma yerinə meyvəli, limonlu, fındıq, badam və ya fıstıqlı dondurmalara daha çox üstünlük verməyi məsləhət görüb.
Təbii ki, bütün bunlar üçün dondurmanın sanitar, gigiyenik qaydalara əməl edilərək hazırlanması əsas şərtdir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: