Ana südü həftəsi keçiriləcək
23 Fevral 2010 Çərşənbə Axşamı 11:00
Azərbaycanda Ana südü həftəsi keçiriləcək. Dünya Səhiyyə Təşkilatı tövsiyə edir ki, körpələr altı ayadək yalnız ana südü ilə qidalanmalıdırlar.
Azərbaycanda Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə “Ana südü” həftəsi keçiriləcək. Həftə 2006-2010-cu illəri əhatə edən “Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət proqramı” çərçivəsində baş tutacaq. Respublikanın baş pediatrı Nəsib Quliyev sözlərinə görə, həftənin keçirilməsində məqsəd ictimaiyyət arasında ana südünün təbliğ edilməsidir.

Hətfə çərçivəsində keçiriləcək bir sıra tədbirlərdə ana südünün uşaqların sağlamlığı üçün əhəmiyyəti barədə məlumatlar veriləcək. “Ana südü” həftəsinin avqust və ya oktyabr aylarında keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Dünya Səhiyyə Təşkilatı tövsiyə edir ki, körpələr altı ayadək yalnız ana südü ilə qidalanmalıdırlar. Bu müddət ərzində onlara heç bir əlavə qida verilməməsi daha yaxşı olar. 6 aydan sonra isə əlavə qida verilə bilər. Körpələri 2 yaşına kimi əmizdirmək məqsədəuyğundur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar