ABŞ liderliyini əldən verir
26 Mart 2010 Cümə 02:30
Amerikanın nanotexnologiya sahəsi həyəcan təbili çalır.
Amerika nanotexnologiya sahəsindəki liderliyini itirmək üzrədir. ANS PRESS “Cihan”a istinadən xəbər verir ki, prezident Barak Obamanın elm-texnika sahəsindəki müşavirlərindən ibarət şuranın keçirdiyi araşdırmalara görə, nanotexnologiyaya qoyulan investisiya miqdarı çoxaldılmasa ABŞ bu sahədəki liderliyini itirəcək.
Obamaya təqdim olunan hesabatda nanotexnologiya sahəsindəki fəaliyyətlərə daha çox büdcə ayrılması, bu texnologiya ilə istehsal olunan məhsulların satışının əsas plana çıxarılması, ABŞ-da bu sahədə fəaliyyət göstərən əcnəbi akademiklərin bu ölkədə qalmasının təşviq edilməsi məsləhət görülür.
Hesabatda həmçinin Avropa Birliyi, Yaponiya, Çin və Cənubi Koreyanın nanotexnologiya büdcələrinin ABŞ-dan daha çox olduğu vurğulanıb.
Hesabata görə ABŞ 2008-ci ildə bu sahədəki fəaliyyətləri üçün 5.7 milyard dollarlıq büdcə ayırıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: