Zaminbank nizamnamə kapitalını artırır
17 Dekabr 2010 Cümə 16:05
Bank kapitallaşmasına 5 milyon manat əlavə edir
“Bakı Fond Birjası” QSC-nə (BFB) “Zaminbank”ASC-nin adi adlı sənədsiz səhmlərinin qeyri-kotirovka vərəqəsinə salınmasıyla bağlı müraciət olunub və 27 dekabr 2010-cu il tarixindən etibarən BFB-də “Zaminbank”ASC-nin səhmlərinin yerləşdirilməsinə başlanılması nəzərdə tutulur. BFB-dən ANS PRESS-ə verilən məlumata görə, dövlət qeydiyyat nömrəsi AZ100100513P, emissiyanın həcmi 5 milyon manat, qiymətli kağızın miqdarı 25 000 ədəd, nominal dəyəri 200 manatdır. Anderrayter “Texnika Kapital Menecment” MMC-dir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar