"Zaminbank"ın aktivləri 6,2 faiz artıb
09 Avqust 2010 Bazar Ertəsi 18:15
Zaminbankın məcmu kapitalı 18,72 milyon manata çatıb.
"Zaminbank" ASC bu ilin yanvar-iyununda aktivlərini 6,2 faiz artıraraq 199,32 milyon manata çatdırıb. Hesabat dövründə kreditləşmə 17,1 faiz artaraq 135,89 milyon manat təşkil edib. Bankın ümumi öhdəlikləri 168,36 milyo manat-dan 179,26 milyon manata qədər artıb. Depozit portfeli 9,9 faiz azalaraq 38,26 milyon manat olub, amma müddətli depozitlər 15,1 faiz artaraq 32,01 milyon manat təşkil edib.

Balans kapitalı 20,06 milyon manata, məcmu kapital 18,72 milyon manata çatıb. Ödənilmiş nizamnamə fondu 13,19 milyon manat təşkil edib.

Gəlirlər ötən ilin eyni dövrü ilə müqayisədə 46,9 faiz artaraq 9,69 milyon manat, xərclər 65,8 faiz artaraq 9,12 milyon manat olub. Vergi ödənilənədək xalis mənfəət 47,7 faiz azalaraq 568 min manat təşkil edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar