"Zamin Bank" nizamnamə kapitalını artırır
02 İyul 2010 Cümə 17:55
Zamin Bankın səhmlərinin emissiya prospekti qeydə alınıb.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Zamin Bank” ASC-nın adi adlı sənədsiz səhmlərinin emissiya prospekti qeydə alınıb. Bakı Fond Birjasından (BFB) ANS PRESS-ə verilən məlumata görə, emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsi ilə həyata keçiriləcək.
Dövlət qeydiyyat nömrəsi AZ100100513P, emissiyanın həcmi 2 527 400 manat, qiymətli kağızın miqdarı 12 637 ədəd, nominal dəyəri 200 manat, anderrayter isə “Texnika Kapital Menecment” MMC-dir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: