Yunanıstan bizdən qaz alacaq
27 Yanvar 2010 Çərşənbə 15:55
Azərbaycan qazının Yunanıstana nəql olunması haqda razılıq əldə olunub
Yunanıstan Azərbaycandan qaz almaq niyyətindədir. Bunu Yunanıstanın xarici işlər naziri Spiros Kuvelis və enerqetika nazirinin müavini Yannis Maniatis Azərbaycanın sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadovla görüşdən sonra bildirib.
Görüşdə Yunanıstan tərəfi Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri vasitəsi ilə Azərbaycan qazının normal təchizatına böyük diqqət yetirib. Azərbaycan tərəfi isə yunan şirkətlərinin bərpa olunun enerji mənbələri sahəsində təcrübəsini yüksək qiymətləndirib.
Qeyd edək ki, Yunanıstan qazın böyük hissəsini Rusiyadan alır. Ötən il isə enerji ehtiyatlarının diversifikasiyası çərçivəsində Azərbaycan qazının Yunanıstana nəql olunması haqda razılıq əldə olunub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: