Yük daşımalarının həcmi 8,7 faiz artıb
24 Fevral 2010 Çərşənbə 18:00
Kommersiya hava yük daşımaları isə cəmi 2 min ton olub
Bu ilin yanvar ayında Azərbaycanda yük daşımalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 8,7 faiz artıb. Avtomobil, dəniz və dəmiryol nəqliyyatında daşımaların artım sürətinin ümumi tempi bir neçə bənd keçib.

İlin ilk ayında yük daşımalarının həcmi 14,8 milyon ton olub. Avtomobil nəqliyyatı yük daşımalarında 46,1 faiz, boru kəmərləri 35,3 faiz, dəmir yolları 11,4 faiz və dəniz nəqliyyatı 7 faiz paya malikdir.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycanda kommersiya hava yük daşımaları cəmi 2 min ton olub. Bu, 2009-cu ilin yanvar göstəricisindən 14,4 faiz azdır.

Qeyd edək ki, yük daşımalarının təxminən 70 faizi özəl sektor tərəfindən həyata keçirilir. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar