Çin hökuməti yeni maliyyə-valyuta strategiyasını qəbul edib. Pekin yaxın 3-5 il ərzində Çin yuanını ümumdünya ticarətinin aparıcı valyutasına çevirmək istəyir. ANS PRESS-in “İTAR-TASS” agentliyinə istinadən yaydığı xəbərə görə, bu barədə məlumatı bu gün Londonda böyük maliyyə ”iyirmiliyi”nə daxil olan strukturların yüksək vəzifəlilərindən əldə etmək mümkün olub. Belə ki, Böyük Britaniya bu ilin sonuna qədər qeyri-rəsmi, amma olduqca böyük təsir gücünə malik və Rusiya da daxil olmaqla dünyanın aparıcı iqtisadi güc mərkəzlərini özündə birləşdirən beynəlxalq təşkilata sədrlik edəcək.
Çin Beynəlxalq Valyuta Fondunun xüsusi borс hüququ əsasında ABŞ dollarına alternativ olaraq əvvəllər dünya rezerv valyutası yaratmaq сəhdlərindən faktiki olaraq imtina edib. ABŞ prezidenti Barak Obama administrasiyasının nümayəndələri ilə aparılan bir sıra məsləhətləşmələrdən sonra rəsmi Pekin belə bir qənaətə gəlib ki, ABŞ zərrə qədər də olsun dolların indiki statusundan geri çəkilmək istəmir.
Xatırladaq ki, bir müddət əvvəl Belarus Milli Bankı Çin yuanını özünün ehtiyat valyutalarından biri olduğunu elan etmişdi. Belarus hökumətini bu addımı atmağa Çin iqtisadiyyatında ümumdaxili məhsulun ümumi çəkisinin artması və Çinlə Belarus arasında ticarət dövriyyəsinin artması vadar edib.
Rusiya kimi böyük bir dövlət öz qızıl və valyuta ehtiyatlarını 5 xarici valyutada saxlayır. Bublar ABŞ dolları, avro, Britaniya funt sterlinqi, İsveçrə frankı və Çin yuanı daxildir. /ANS PRESS/.