Yoldan tapdığı 1 kq qızılı sahibinə çatdırdı
29 Avqust 2011 Bazar Ertəsi 03:28
Fatma Bildiricinin polis şöbəsinə verdiyi qızılların onunla eyni küçədə yaşayan zərgər qonşusuna aid olduğu aşkarlanıb
İstanbul şəhəri sakini Fatma Bildirici yoldan tapdığı 1.030 kq qızılı yaşadığı məhəllənin polis şöbəsinə təhvil verib. Hadisə, 35 yaşlı İstanbul Böyükçəkməcə rayonu sakini rəfiqəsinin evində “Qədr” gecəsi səbəbilə keçirilən mövlud mərasimindən qayıdarkən baş verib. Qızılları tapdığı zaman çaşdığını bildirən Bildirici tapdıqlarını özünə götürmək barədə fikirləşmədiyini deyib: “Mənə aid olmayan heç bir şeyi istəmirəm. Onu sahibinə çatdıraraq insanlıq vəzifəmi ifa etdim”.
Qeyd edək ki, Fatma Bildiricinin polis şöbəsinə verdiyi qızılların isə onunla eyni küçədə yaşayan zərgər qonşusu Erol Kurtulmuşa aid olduğu aşkarlanıb. Polis də öz növbəsində qiymətli tapıntını sahibinə təhvil verib.
DOSTLARINLA PAYLAŞ: