Yeni vahid resept blank forması təsdiqlənib
04 Mart 2011 Cümə 19:31
Blanklar tezliklə bütün ambulator müalicə-profilaktik müəssisələrinə paylanılacaq.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən yeni vahid resept blank forması təsdiqlənib. Səhiyyə Nazirliyi mətbuat xidmətinin verdiyi məlumata görə, nazirliyin vəsaiti hesabına çap olunacaq həmin blankların qısa müddət ərzində ölkənin bütün ambulator müalicə-profilaktik müəssisələrinə paylanılması nəzərdə tutulub.
Qeyd edək ki, yeni vahid resept blanklarının təsdiqlənməsi əsasən həkim - aptek - əczaçı şirkətləri münasibətlərində yarana biləcək hər hansı neqativ halların aradan qaldırılmasına yönəlib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: