Yeni tikililerde qiymetler artıb
22 Avqust 2013 Cümə Axşamı 19:45
Yeni tikililerde 1 kv. metrin orta qiymeti 884 manatadek yükselib.
Yeni tikililərdə qiymət artımı müşahidə olunub. İlin əvvəlindən başlayan artım dinamikası iyul ayı üçün də xarakterik olub. “Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin” monitorinq qrupu tərəfindən aparılan araşdırmalar göstərir ki, paytaxt üzrə bazara təklif edilən yeni tikililərdə 1 kv. metrin orta qiymət göstəricisi iyun ayında 870 manat olduğu halda iyul ayında artaraq 884 manatadək yüksəlib. İqtisadçıların araşdırmalarına görə artım tək qiymətlərdə deyil, həmçinin bağlanan əqdlərin sayında da müşahidə edilir. Tələbat əsasən 1 kv.metri 800 manat olan mənzillərdə daha çox nəzərə çarpır.

Azərbaycan Rieltorlar Assosiasiyasının prezidenti Vəfadar Axundov hesab edir ki, yeni tikililərin qiymətində yaranan canlanma tələbin təklifi üstələməsi ilə əlaqəlidir. Nəticədə, yeni tikililərin həcminin azalması mənzil əldə etmək istəyən əhalinin isə sayının əksinə artması qiymətlərə bir başa təsir edir.

Digər bir səbəb kimi isə bazarda ötən ay yüksək qiymətlərə satışa çıxarılan mənzillərin payının artması göstərilir. Ən çox yeni tikililər ötən aylarda olduğu kimi Yasamal rayonu ərazisindədir. Burada mənzilin 1 kv.metrinin orta qiyməti 1200 manat, Xətai və Nəsimi rayonlarında isə qiymətlər 950 -1100 manat arasında dəyişir.

Qeyd edilən üç rayon üzrə tikintisi aparılan binaların ümumi tikinti portfelindəki payı isə bazarın 2/3-ni təşkil edir. Ötən rübün müvafiq dövrü ilə müqayisədə qiymət dəyişməsi 3,1%, ötən ilə nisbətən isə 10,2% artımla yadda qalıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar