Yeni sosial inkişaf layihəsi start götürür
06 Mart 2009 Cümə 16:15
Dünya Bankının maliyyələşdirdiyi bu layihə əmək bazarının, sosial xidmət sahələrinin təkmilləşdirilməsini nəzərdə tutur

 

Mart ayının ikinci yarısından Dünya Bankının Azərbaycan hökuməti ilə birgə maliyyələşdirdiyi «Sosial müdafiənin inkişafı layihəsi»nin icrasına başlanacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirəcəyi bu proqramın icrası nəticəsində ölkədə əmək bazarı institutları modernləşdiriləcək, milli məşğulluq strategiyası tətbiq olunacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, layihə əmək bazarı ilə bağlı bir sıra yeniliklərin tətbiqini nəzərdə tutur. Belə ki, proqram çərçivəsində yeni sosial təminat sistemi yaradılacaq. «Əmək məcəlləsi» beynəlxalq təcrübəyə uyğunlaşdırılacaq, bununla da ünvanlı sosial yardım mexanizmi təkmilləşdiriləcək. Bundan başqa, sosial yardımların təyin edilməsində elektron əsaslı müraciət mexanizminin yaradılması, əlilliyin müəyyənləşdirilməsi meyarları da təkmilləşdiriləcək.

Xatırladaq ki, Dünya Bankının direktorlar şurasının ötən il mayın 27-də təsdiqlədiyi və noyabrın 28 - də Bakıda imzalanan layihə 2008-2013-cü illəri əhatə edir. Ümumi dəyəri 54,6 milyon dollar olan layihədə Dünya Bankının payı 26,7 milyon, Azərbaycan hökumətinin payı isə 27,9 milyon dollar təşkil edir. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar