Yaxın 10 ildə Azərbaycan iqtisadiyyatı ikirəqəmli inkişaf tempinə nail olacaq
23 Noyabr 2011 Çərşənbə 12:32
Bu il Azərbaycanın tədiyyə balansının profisiti 14 mlrd. ABŞ dollarına çatacaq.
APA-nın məlumatına görə, bunu Milli Məclisdə 2012-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsində iştirak edən Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib.

E.Rüstəmovun sözlərinə görə, artıq Azərbaycanın məcmu valyuta ehtiyatları 42 mlrd. dollara yaxınlaşır: «Azərbaycan iqtisadiyyatı üçün ortamüddətli dövrdə hər hansı makroiqtisadi risk görmürük. Hesablamalarımıza görə, qarşıdakı 10 ildə Azərbaycan iqtisadiyyatı ikirəqəmli inkişaf tempinə – 10-12% artıma nail olacaq».

E.Rüstəmov bildirib ki, belə səviyyədə iqtisadi artıma nail olmaq üçün əhəmiyyətli investisiya artımı olmalıdır. Bunun üçün xaricidən investisiyaların cəlbi edilməsi tələb olunur.

AMB sədri həmçinin deyib ki, yeni il üçün dövlət büdcəsinin layihəsi yüksək səviyyədə hazırlanıb: «Dayanıqlılığı mövcuddur. Büdcə xərcləri mili məhsulun 37%-nə çatıb ki, bu da böyük iyirmiliyin (G-20) həddidir. Neftin baza qiyməti konservativdir, hansı ki, Beynəlxalq Valyuta Fndunun proqnozu 102 dollardır. Sosial proqramlar reallaşdırılır və davam etdirilir. Biz heç bir sosial proqramı dayandırmır və tempini aşağı salmırıq. Büdcə xərcləri texniki xarakter daşıyır».


DOSTLARINLA PAYLAŞ:

oyunlar