Yaponiyadakı zəlzələ nefti ucuzlaşdırdı
12 Mart 2011 Şənbə 16:16
Gündoğan ölkədə zəlzələ nəticəsində bir sıra neftayırma zavodları fəaliyyətlərini dayandırıb.
Dünya bazarlarında dünən keçirilən hərraclarda neftin qiyməti ucuzlaşıb. Bu ucuzlaşmaya Yaponiyada baş verən güclü zəlzələ səbəb olub. Belə ki, gündoğan ölkədə zəlzələ nəticəsində bir sıra neftayırma zavodları fəaliyyətlərini dayandırıb.

Martın 11-də Nyu-Yorkun NYMEX (New York Merchantile Exchange) əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI (Light Sweet Crude Oil) neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 1,54 dollar ucuzlaşaraq 1 barelə görə 101,16 dollar təşkil edib.

Cümə günü ICE (InterContinental Exchange Futures) London qitələrarası birjasında apreldə ixrac etməklə Brent Crude Oil markalı neftin 1 barelinin dəyəri 1,59 dollar düşərək 113,84 dollar təşkil edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar