Yaponiya uçot dərəcəsini dəyişməz saxladı
05 Noyabr 2010 Cümə 11:50
Yaponiyanın Mərkəzi Bankının illik uçot dərəcəsi 0-0.1 faiz olaraq qaldı.
Yaponiyanın Mərkəzi Bankı olan “Bank Yaponiya” maliyyə siyasəti ilə bağlı keçirdiyi son iclasında ölkədə uçot dərəcəsini dəyişməz saxladı – 0-0.1 faiz. Bu barədə Yaponiyanın “Kiodo” informasiya agentliyi məlumat verib.
Bank hesab edir ki, ölkə iqtisadiyyatı “yaxşılaşmanın ləngiməsinə dair tendensiya nümayiş etdirir”. Bank həmçinin qeyd edir ki, iyenin məzənnəsinin artımı ləngiyib və bank ölkə iqtisadiyyatında olan dəyişiklikləri ciddi şəkildə nəzarətdə saxlayır və bununla bağlı adekvat tədbirlər görməyə hazırdır.
Xatırladaq ki, sıfır dərəcəsində olan uçot dərəcəsi antiinflyasiya tədbirləri olaraq sentyabr ayında qəbul edilib. Bundan sonra, bank qeyd etmişdi ki, istehlak qiymətlərinin səviyyəsi 1 faizə qədər artıqda, uçot dərəcəsinin dəyişdirilməsinə yenidən baxılacaq.
Qeyd edək ki, Yaponiyada ötən ay verilən proqnozlara görə, 2011-ci maliyyə ilində istehlak mallarının qiymətinin 0.1 faiz, 2012-ci ildə 0.6 faiz artacağı gözlənilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: