Yapı Kredi Banknizamnamə kapitalını artırır
19 Mart 2011 Şənbə 17:37
Bankın 6,5 milyon manatlıq səhmlərinin emissiya prospekti qeydə alınıb
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Yapı Kredi Bank Azərbaycan" QSC-nin ümumi məbləği 6,5 milyon manat olan sadə adlı sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb. QKDK-dan ANS PRESS-ə verilən məlumata görə, emissiyaya hər birinin nominal dəyəri 0,2 manat olan 324 968 952 səhm daxildir.

Bankın nizamnamə kapitalı 31,61 milyon manat təşkil edir, yeni emissiyanın yerləşdirilməsindən sonra isə bu məbləğ 38,11 milyon manata çatdırılacaq.

Qeyd edək ki, "Yapi Kredi Bank Azerbaycan" 1998-ci ildən ölkənin bank sektorunda fəal iştirak edir. Hazırda bankın aktivləri 125 milyon dollara çatır. Bank 1500 hüquqi və 21 min fiziki şəxsə bank xidmətlərinin tam spektrini əhatə edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar