Yapi Kredi Bank 6,34 milyon manat xalis mənfəət əldə edib
30 Oktyabr 2010 Şənbə 11:25
“Yapi Kredi Bank"ın 9 ay ərzində gəlirləri 47.9 faiz artıb.
“Yapi Kredi Bank" ASC bu ilin yanvar-sentyabr aylarında vergi ödənilənə qədər 6,34 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrünün göstəricisindən 62,6 faiz çoxdur. Bankın gəlirləri 14,57 milyon manat, xərcləri 8,23 milyon manat olub. Onlar müvafiq olaraq 47,9 faiz və 66,1 faiz azalıb.

İlin əvvəlindən aktivlər 11,5 faiz artaraq 171,22 milyon manata çatıb. Fiziki və hüquqi şəxslərə verilən kredit həcmi 121,6 faiz artıb və 64,73 milyon manat təşkil edib.

Bankın ümumi öhdəlikləri 110,28 milyon manatdan 120,85 milyon manata artıb. Depozit portfeli 7,4 faiz genişlənərək 70,84 milyon manat, o cümlədən tələb olunanadək depozitlər 14 faiz artaraq 54,92 milyon manat olub.

Balans kapitalı 50,38 milyon manata çatıb. Məcmu kapital 16,3 faiz artaraq 49,89 milyon manatı keçib, ödənilmiş nizamnamə fondu 16,1 faiz artımla 31,61 milyon manat təşkil edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar