“Yahoo!”-nun gəlirləri2,5 dəfədən də çox artıb
21 Aprel 2010 Çərşənbə 04:20
Şirkət 2010-cu ilin ilk üç ayında 310 milyon dollar qazanıb.
2010-cu ilin birinci rübünün yekunlarına görə, “Yahoo!”-nun xalis gəliri 310 milyon dollar olub və ötən ilin analoji dövrü ilə müqayisədə 2,5 dəfədən də çox artıb. 2009-cu ilin birinci rübündə bu göstərici 118 milyon dollar olmuşdu.

Bu ilin ilk rübündə şirkətin xalis galis gəliri 1 milyard 597 milyon dollar olub. Ötən ilin ilk üç ayında bu rəqəm 1 milyard 580 milyon dollar təşkil etmişdi. Şirkətin əməliyyət gəlirləri 188 milyon dollar olub və bu, bir il əvvəllə müqayisədə 87 faiz çoxdur.

Xatırladaq ki, “Yahoo! Inc” şirkətinin 2009-cu ildəki xalis gəlirləri 42,5 faiz artaraq 605,2 milyon dollar təşkil etmişdi.

Məşhur axtarış sisteminə malik “Yahoo! Inc.” internet xidmətlərinin geniş spektrini təqdim edir. Bu xidmətlərdən təxminən 0,5 milyard istifadəçi yararlanır. Şirkətin mənzil-qərargahı Sanniveyl şəhərində (Kaliforniya, ABŞ) yerləşir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar