Xaricə ixrac olunan malların dəyəri 60 faizdən çox artıb
11 May 2009 Bazar Ertəsi 10:50
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, özəl sektorun ixracatda xüsusi çəkisi 5 faizdən də azdır

Bu ilin 1-ci rübündə Azərbaycandan xaricə ixrac olunan malların dəyəri 60 faizdən çox artıb, idxal isə 2,25 faiz azalıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ölkədəki ümumi daxili məhsulun 85 faizini təşkil edən özəl sektorun ixracatda xüsusi çəkisi 5 faizdən də azdır. İxracatda dövlət sektorunun mütləq üstünlüyü isə əsasən neft amili ilə bağlıdır. Belə ki, yanvar-mart aylarında ixracatda təkcə xam neftin xüsusi çəkisi 82,7 faiz olub. Əvəzində qeyri-neft sektorunun ixracatdakı payı əhəmiyyətli dərəcədə azalıb./ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar