Xalq Bank yeni səhm emissiyasının yerləşdirilməsinə başlayır
27 Dekabr 2011 Çərşənbə Axşamı 16:58
Xalq Bankın 57,597 milyon manat həcmində adi adlı sənədsiz səhmləri "Bakı Fond Birjası"nın qeyri-kotirovka vərəqəsinə salınıb.
“Bakı Fond Birjası” QSC-nə (BFB) “Xalq” Bankı ASC-nin adi adlı sənədsiz səhmlərinin qeyri-kotirovka vərəqəsinə salınmasıyla bağlı müraciət olunub. BFB-dən ANS PRESS-ə verilən məlumata görə, 28 dekabr 2011-ci il tarixindən etibarən BFB-də sözügüdən səhmlərinin yerləşdirilməsinə başlanılması nəzərdə tutulur.

Emissiyanın dövlət qeydiyyat nömrəsi AZ100500551P, emissiyanın həcmi 57 597 210 manat, qiymətli kağızın miqdarı 1 488 300 ədəd, nominal dəyəri 38.70 manat, anderrayter “ADB Broker” MMC-dir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar