Xalq Bank yeni aksiyaya start verib
26 Dekabr 2011 Bazar Ertəsi 17:00
Xalq Bank “Daha çox köçür, daha çox qazan!” aksiyasını keçirir.
“Xalq Bank” filiallarında təcili pul köçürmələri sistemlərindən istifadə edən müştərilərə mobil operatorların danışıq kartları hədiyyə edilir. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, “Daha çox köçür, daha çox qazan!” adlı aksiyanın şərtlərinə görə təcili pul köçürmələri sistemləri vasitəsi ilə 500 EUR/650 USD/22000 RUR-dək vəsait köçürən və yaxud qəbul edən müştərilərə 1 manat dəyərində; 500 EUR/650 USD/22000 RUR-dan 1000 EUR/1300 USD/42000 RUR-dək vəsait köçürən və yaxud qəbul edən müştərilərə mobil operatordan asılı olaraq 2-3 manat dəyərində; 1000 EUR/1300 USD/42000 RUR-dan yüksək məbləğdə vəsait köçürən və yaxud qəbul edən müştərilərə isə mobil operatordan asılı olaraq 5-6 manat dəyərində danışıq kartı hədiyyə edilir.

Xatırladaq ki, hazırda “Xalq Bank” “Western Union”, “Contact”, “Migom”, “PrivatMoney”, “Xpress Money”, “Bıstraya Poçta”, “Zolotaya Korona” sistemləri vasitəsi ilə 200-dən artıq ölkəyə təcili pul köçürmələrini həyata keçirir.

“Xalq Bank”ın filial şəbəkəsi 18 filialdan ibarətdir ki, onlardan dördü paytaxtda, digərləri isə rayon mərkəzlərində fəaliyyət göstərirlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar