"Xalq Bank" "Reuters"ə qoşulub
17 May 2010 Bazar Ertəsi 17:20
Bank yerli və beynəlxalq bazar haqda operativ informasiya ala biləcək.
“Xalq Bank” beynəlxalq informasiya və dilinq sistemi olan “Reuters”ə qoşulub. "Reuters"dən istifadə banka yerli və beynəlxalq bazar haqda operativ informasiya almağa imkan verəcək.

"Biz real vaxt rejimində pul və valyuta bazarlarında Azərbaycanda və xaricdə tərəfdaş banklarla danışıqlar apara, məxfi əqdlər imzalaya bilərik", - deyə bankın məlumatında bildirilir.

“Xalq Bank”da qeyd edirlər ki, “Reuters”də iştirak pul vəsaitləri ilə əqdlərin bağlanması və keçirilməsi təhlükəsizliyini və əməliyyat sürətini artıracaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar