Xalq Bank onuncu regional filialını açdı
12 Yanvar 2011 Çərşənbə 11:05
Xalq Bank Qazax şəhərində yeni filialı fəaliyyətə başlayıb.
“Xalq Bank” ASC-nin Qazax şəhərində yeni filialı fəaliyyətə başlayıb. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, “Qazax” filialı bankın sayca onuncu regional filialıdır.
Yeni filial regionun əhalisinə əmanətlər, müxtəlif növ kreditlər, hesablaşma-kassa və valyuta dəyişmə əməliyyatları, plastik kartlarla əməliyyatlar, təcili pul köçürmələri kimi bütün növ bank məhsullarından və xidmətlərdən faydalanmağı təklif edir.
Qeyd edək ki, hazırda “Xalq Bank”ın Bakıda və regionlarda 13 filialı və 2 şöbəsi müştərilərə xidmət göstərir. İlin sonuna qədər daha bir neçə filialın açılması planlaşdırılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: