Xalis mənfəətini 30 faiz artıran bank PashaBank
10 Fevral 2010 Çərşənbə 10:50
"PashaBank"ın bir ildə gəlirləri 15,41 milyon manat olub
"PashaBank" ASC-nin aktivləri ötən il 55,7 faiz artaraq 308,78 milyon manat olub. Fiziki və hüquqi şəxslərə verilən kredit həcmi 174,1 faiz artaraq 121,71 milyon manat təşkil edib.

Bankın ümumi öhdəlikləri 86,96 milyondan 179,44 milyon manata artıb. Depozit portfeli 87,7 faiz genişlənərək 154,48 milyon manat təşkil edib. Müddətli müştəri əmanətləri 52,5 faiz artaraq 60,69 milyon manata çatıb.

Balans kapitalı 15,8 faiz artaraq 128,93 milyon manata çatıb. Məcmu kapital 14,8 faiz artaraq 125,99 milyon manata yüksəlib. Ödənilmiş nizamnamə fondu 100 milyon manat səviyyəsində qalıb.

Bankın gəlirləri 27,89 milyon manat, xərcləri 12,48 milyon manat olub. Bu, 2008-ci illə müqayisədə 35,4 faiz və 43,7 faiz artım deməkdir. Vergi ödənilənə qədər xalis mənfəət 30 faiz artaraq 15,41 milyon manat olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar