Western Union UEFA Avropa Liqasının təqdimatçı tərəfdaşı oldu
12 İyul 2012 Cümə Axşamı 22:43
Bu gündən güvvəyə minən tərəfdaşlıq münasibətləri 2014-2015 il futbol mövsümünün sonunadək davam edəcək.
Pul köçürmələri və ödəmə xidmətləri üzrə dünya lideri olan “Western Union” şirkəti ən nüfuzlu futbol turnirlərindən biri olan UEFA Avropa Liqasının global tərəfdaşı və təqdimatçı sponsoru oldu. Şirkətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu gündən güvvəyə minən tərəfdaşlıq münasibətləri 2014-2015 il futbol mövsümünün sonunadək davam edəcək.
Futbol üzrə ən irimiqyaslı klub yarışına dəstək, “Western Union” brendini bütün dünyada tanıtmağa imkan verəcək. Yarışda 53 ölkəni təmsil edən 193 peşəkar komanda iştirak edir. Avropa liqası 200-dən artıq ölkəyə yayımlanır və hər mövsüm 1,3 milyard tamaşaçı auditoriyasını özünə cəlb edir.
200-dən çox ölkədə 500.000 xidmət məntəqəsinə malik olan “Western Union” müştəri və tərəfdaşlarını UEFA Avropa Liqasının həyəcanına qatılmağa çağıracaq. Saziş “Western Union” şirkətinə sosial şəbəkələrdə və müxtəlif onlayn məkanlarda eksklüziv video materialları yaymaq, həmçinin, UEFA Avropa Liqasının pərəstişkarları arasında yeni müştərilər cəlb etməyə kömək edəcək.
Hazırda tərəfdaşlıq münasibətləri çərçivəsində “Western Union” xüsusi marketinq proqramını hazırlayır. Kompleks şəkilində yerinə yetirilən proqram UEFA Avropa liqasına daha çox azarkeş cəlb edəcək.
DOSTLARINLA PAYLAŞ: