VTB Azərbaycanda qalmaq niyyətindədir
25 Dekabr 2009 Cümə 10:20
VTB Bank gələn ilin sonu üçün kredit portfelini 53 milyon manata çatdlrmağı planlaşdırır
5 milyon manatlıq kredit portfeli ilə fəaliyyətə başlayan “VTB-Azərbaycan” bankı gələn ilin sonu üçün onu 53 milyon manata çatdırmağı planlaşdırır. Yerli bazarda cəmi bir ay işləyəndən sonra “VTB-Azərbaycan”ın İdarə Heyətinin sədri Oleq Krasnojon 2010-cu il üçün planlarını açıqlayıb.
“VTB-Azərbaycan” bankı gələn il biznes növündən asılı olmayaraq, bütün korporativ müştərilərlə işləmək niyyətindədir. O. Krasnojonun sözlərinə görə, yerli qanun çərçivəsində fəaliyyət göstərən yeni bank strukturunu tez pul gətirən topdan və pərakəndə ticarətlə yanaşı, mənfəəti illərlə gözlənilən istehsalat da maraqlandırır.
Başqa sözlə, Rusiyanın “VTB-Azərbaycan” bankı burada çox qalmaq niyyətindədir. “VTB-Azərbaycan” İdarə Heyətinin sədri iri biznes təmsilçilərini də sevindirdi. O qeyd etdi ki, xaricdəki 30 törəmə struktur (6-sı MDB-də), RF-də minlərlə filial və şöbə də daxil bankın aktivləri 3,6 trilyon rubldur (120 milyard dollar). Baş ofisin rəhbəri sərbəst vəsaitləri istənilən faydalı layihəyə yönəltməyə hazırdır.
Qeyd edək ki, “VTB-Azərbaycan”ın nizamnamə kapitalı belə bölünüb: səhmlərin 51 faizi Rusiya tərəfinə, 48,9 faizi ATAholding şirkətlər qrupuna, daha 0,1 faizi fiziki şəxsə məxsusdur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: