"Volkswagen" və "Porsche" birləşmədi
18 May 2009 Bazar Ertəsi 13:25
Buna səbəb, konstruktiv müzakirələr üçün şərtlərin hələ formalaşmamasıdır

"Volkswagen" və "Porsche" avtomobil şirkətləri birləşmək barədə danıqışları təxirə salıblar. "Xalq avtomobili"nin rəhbərliyi danışıqları qeyri-müəyyən vaxta kimi təxirə salındığını bildirib və bu günə təyin edilmiş görüşlərini ləğv edib. Şirkət rəhbərliyinin bəyanatında bildirilir ki, "bu mövzuda konstruktiv müzakirələr üçün şərtlər hələ formalaşmayıb".
Qeyd edək ki, "Porsche"nin səhmlərinin yarısı "Volkswagen"ə məxsusdur. Qeyd edək ki, şirkətlər maliyyə problemi ilə əlaqədar birləşməyə qərar vermişdilər. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar