“VİSA günləri”nin sonuncu tirajı keçirib
03 Sentyabr 2010 Cümə 11:05
“Unibank”ın lotereya aksiyasında fərdi “Visa” kartlarının 6594 sahibi iştirak edib.
“Unibank” yay aylarında “VİSA” plastik kartlarının bütün sahibləri üçün keçirdiyi “VİSA günləri” lotereya aksiyası çərçivəsində mükafatların sonuncu üçüncü tirajını keçirib. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Türkiyəyə səyahətin sahibi daxil olmaqla, bütün qaliblər sentyabrın 1-də müstəqil müşahidəçilər, jurnalistlər və bankın müştərilərindən təşkil olunan lotereya komissiyasının iştirakı ilə müəyyən edildilər.
Seçim bankın baş ofisində, avqust ayının 10-dan 31-dək bankomatlar, POS-terminallar və internet vasitəsilə 147 minə yaxın əməliyyat yerinə yetirmiş 3375 “VİSA” kart sahibləri arasında aparılıb. Bu zaman ən azı 20 AZN/USD/EUR/GBP məbləğində olan hər bir əməliyyat “Unibank” tərəfindən uduş üçün bir şans kimi qiymətləndirilib, mükafatların sahibləri isə təsadüfi kompüter seçimi üsulu ilə təyin edilib.
İlk növbədə komissiyanın üzvləri “Canon A490” markalı rəqəmsal fotokameraların üç sahibini müəyyən ediblər. Bunlar, müvafig olaraq “Unibank”ın 8 saylı, Şəki və Neftçilər filiallarının müştəriləri R.T.Ismayılova, M.Ə.Səfərov və C.S.Məmmədov olublar. Daha sonra, “VİSA” kartlarından fəal surətdə iştifadə edənlər arasında üç ədəd “I-pod” musiqi pleyerlərinin oynanılıb ki, onlar T.V. Həbibovaya, A.Ş. Məlikova və A.Ş.Mirmehdiyevə nəsib olublar. “VİSA günləri” aksiyasının üçüncü tirajının nəticələrinə görə Türkiyəyə bir həftəlik turun sahibi isə bankın müştərisi A.M.Əsədov olub. Tirajın yekunları bank tərəfindən kütləvi informasiya vasitələrində dərc ediləcək.
Xatrırladaq ki, lotereya aksiyasında “Unibank”ın emissiya etdiyi bütün növ fərdi “VİSA” kartlarının 6594 sahibi (Bank əməkdaşlarının kartları istisna olmaqla) iştirak edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: