Mərkəzi bankın məlumatına görə, borcların 97 faizindən çoxu iqtisadiyyatın real sektoruna yönəldilib
Azərbaycanın kredit təşkilatlarının yanvar-fevral aylarında verdiyi kreditin həcmi 57 faiz azalaraq 537,4 mln manata düşüb. Mərkəzi bankın məlumatına görə, borcların 97 faizindən çoxu iqtisadiyyatın real sektoruna yönəldilib ki, onların da strukturunda uzunmüddətli kreditlərin xüsusi çəkisi 33 faiz təşkil edib. Maraqlıdır ki, kreditlərin 85,6 faizi Bakıdakı fiziki və hüquqi şəxslərə paylanıb. Sonrakı yerləri isə müvafiq olaraq Sumqayıt və Gəncə tutur. Məlumatda o da bildirilir ki, manatla verilən kreditlər üzrə orta dərəcə 17,37, xarici valyuta ilə isə 16,81 faiz olub. Vaxtı keçmiş kreditlərin xüsusi çəkisi kreditləşmənin ümumi həcmində 2,74%-ə qədər artıb.
/ANS TV/