Vergilər Nazirliyi ötən il büdcəyə 5,4 milyard manat ödəyib
13 Yanvar 2012 Cümə 19:38
İl ərzində respublika üzrə qeydiyyatdan keçmiş vergi ödəyicilərinin ümumi sayı 67 376 nəfər olub.
Ötən ilin yanvar-dekabr aylarında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 5 milyard 475,1 milyon manat təşkil edib. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, vergi daxilolmalarının 39,0 faizi mənfəət vergisinin, 25,4 faizi əlavə dəyər vergisinin, 13,1 faizi fiziki şəxslərin gəlir vergisinin, 7,6 faizi aksizlərin, 14,9 faizi isə digər vergilərin payına düşür.
Qeyri neft-qaz sektoru üzrə büdcəyə 2 milyard 873,9 milyon manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 22 faiz çoxdur.
İl ərzində respublika üzrə qeydiyyatdan keçmiş vergi ödəyicilərinin ümumi sayı 67 376 olub. 2011-ci ilin iyul ayının 1-dən etibarən fiziki şəxslərin elektron qaydada qeydiyyatına başlanılıb, ilin sonunadək 10 075 nəfər bu xidmətdən istifadə edərək qeydiyyata alınıb. 1 yanvar 2012-ci il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 420 380 olub.
2011-ci il ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 88,5 faiz təşkil edir.
DOSTLARINLA PAYLAŞ: