Vergilər Nazirliyi 2013-cü ilədək elektron xidmətlərini genişləndirəcək
22 İyun 2011 Çərşənbə 14:13
Vətəndaşlardan və vergi ödəyicilərindən skanerdən çıxarılmış sənədlərin elektron formada qəbulu mümkün olacaq.
Azərbaycanın Vergilər Nazirliyi 2011-2012-ci illər üçün elektron xidmətlərin göstərilməsi tədbirləri üzrə İş planını təsdiq edib. Bu barədə Vergilər Nazirliyindən bildirilib. İş planı tədbirlərin 5 blok üzrə keçirilməsini nəzərdə tutur.

Birinci blok Vergilər Nazirliyini saytında "elektron xidmətlərin" yaradılmasını və təkmilləşdirilməsini daxil edir. 2011-ci ilin dekabrının sonuna kimi bu istiqamətdə www.e-taxes.gov.az portalının təkmilləşdirilməsi və bu portal vasitəsi ilə göstərilən elektron xidmətlər spektrinin genişləndirilməsi planlaşdırılır. 2011-2012-ci illərdə Vergilər Nazirliyi vergi orqanları tərəfindən vergi bəyannamələrinin doldurulması sisteminin tətbiqi sahəsində beynəlxalq təcrübəni öyrənməyi və ilkin mərhələdə ƏDV ödəyiciləri üçün bu sistemi (Pre-filled tax return) tətbiq etməyi planlaşdırır.

İkinci blok müxtəlif bəyanatların, blankların elektron formada yerləşdirilməsinə, vətəndaşlar və vergi ödəyiciləri tərəfindən elektron xidmətlərin maneəsiz istifadəsinə imkan yaradan sistemin tətbiqini nəzərdə tutur. 2011-ci ilin iyulunun sonuna kimi bu istiqamətdə vergi bəyannamələrini, hesabatları, arayışları onlayn rejimdə təqdim etməyə; elektron ödəniş sistemini yaratmaq və təkmilləşdirməyə (2011-2012-ci illər); e-audit sisteminin tətbiqi ilə əlaqədar qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflərin (2011-2012-ci illər) hazırlanmasını; elektron ticarət üzərində vergi nəzarətinin təşkilatı üzrə təklifləri hazırlanmsına (2011-2012 il) imkan yaradacaq elektron sistemin yaradılmasını nəzərdə tutur.

Üçüncü blok vətəndaşlardan və vergi ödəyicilərindən skanerdən çıxarılmış sənədlərin elektron formada qəbulunu, bu sənədlərin vergi orqanları tərəfindən alınması haqqında xəbərdarlığı daxil edir. 2011-ci ilin iyulunun sonuna kimi bu istiqamətdə İnternet Vergi İdarəsi vasitəsi ilə vətəndaşların müraciətlərinin qəbulu, cavabın elektron formatda verilməsi üzrə sistemin yaradılması; vergi borcları (2011-ci ilin dekabrının sonuna kimi) sahəsində elektron xidmətlərin genişləndirilməsi; veb-kamera (2011-2012-ci illər) vasitəsilə vətəndaşların qəbulu sisteminin təşkil edilməsi planlaşdırılır.

Dördüncü bloka dövlət rüsumlarının və başqa ödənişlərin onlayn rejimdə ödənişinin təşkilini, fərdi informasiya təhlükəsizliyinin təmin olunmasını nəzərdə tutur. 2011-ci ilin avqustunun sonuna kimi bu istiqamətdə elektron imzanın tətbiqi ilə İnternetinə Vergi İdarəsi vasitəsi ilə əməliyyatların keçirilməsi imkanlarının təmin edilməsi; Vergilər Nazirliyinin saytı vasitəsilə vergi və rüsumlarının ödənişi üçün imkanların yaradılması (2011-ci ilin dekabrının sonuna kimi); fərdi sahibkar fəaliyyəti ilə (2011-ci ilin sentyabrının sonuna kimi) məşğul olan fiziki şəxslərin qeydiyyatı üçün proqram təminatının hazırlnması planlaşdırılır.

Beşinci blok başqa dövlət orqanlarının informasiya sistemlərindən istifadə etmək imkanını daxil edir. 2011-ci ilin sonuna kimi bu istiqamətdə Vergilər Nazirliyi Daxili İşlər Nazirliyi, Dövlət Statistika Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Sosial Müdafiə Fondu, Ədliyyə Nazirliyi və başqa dövlət qurumları ilə inteqrasiyanı genişləndirməyi planlaşdırır.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar