Ölkədə son üç ayda aparılan nağdsız əməliyyatın dövriyyəsi 79 milyon manatı ötüb.
Ölkədə son üç ayda aparılan nağdsız əməliyyatın dövriyyəsi 79 milyonu ötüb. Vergilər Nazirliyindən verilən məlumata görə, bu ilin birinci rübündə əməliyyatların sayı 1 milyon 950 min manat təşkil edib. Təkcə son bir həftə ərzində 3200 posterminal quraşdırılıb ki, nəticədə 26 min obyektdə 32 min posterminalın quraşdırılması həyata keçirilib.
Mağazalarda apardığımız sorğu zamanı isə satıcılar deyir ki, nağdsız ödənişlərdən istifadə, hələ ki, istənilən səviyyədə deyil.
İqtisadi Məsələlər Üzrə Dövlət müşaviri Vahid Axundov isə mətbuata açıqlamasında bildirib ki, nağdsız ödənişlərin stimullaşdırılması üçün belə ödənişlər üzrə vergi dərəcələri 2-3 dəfə azaldılmalıdır.
Müşavir əlavə edib ki, ölkədə nağdsız ödənişlərin stimullaşdırılması ilə bağlı hazırlanan təkliflər artıq Prezident Administrasiyasına təqdim edilib və hazırda nağdsız ödənişlərin ölkədə daha geniş yayılması ilə bağlı işlər aparılır. Nağd məbləğlərlə əməliyyatların məhdudlaşdırılmasına gəlincə, Vahid Axundovun sözlərinə görə, bu məhdudiyyətlər o qədərdə sərt olmamalıdır və bu mühiti tədricən formalaşdırmaq lazımdır.