Valyuta ehtiyatlarımız 13 faiz artıb
07 Oktyabr 2013 Bazar Ertəsi 21:47
Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov hökumət qarşizinda hesabat verib.
Yanvar-sentyabr aylarında Mərkəzi Bankın valyuta ehtiyatları 13 faiz artıb və 13,3 milyard dollara çatıb. ANS PRESS-ın məlumatına görə, bu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov Nazirlər Kabinetində 2013-cü ilin 9 ayının yekunlarına həsr olunmuş müşavirədə bildirib.

Onun sözlərinə görə, hesabat dövründə manatın sabitliyinin qorunması istiqamətində də tədbirlər görülüb. Məzənnənin kəskin möhkəmlənməsinin qarşısını almaq üçün Mərkəzi Bank tərəfindən 9 ayda 1,7 milyard dollar həcmində valyuta sterilizasiyası həyata keçirilib.




DOSTLARINLA PAYLAŞ:

oyunlar