Ölkəyə gətirilən taxıl və una əlavə dəyər vergisinin yenidən tətbiq edilməsi ölkədə unun bahalaşmasına səbəb olub. Sahibkarların sözlərinə görə, son günlər unun qiyməti 15-20 faiz bahalaşıb. 50 kiloluq kisənin qiymətindəki artım 2 manat-2 manat 50 qəpik dəyərindədir.
Qeyd edək ki, ölkəyə gətirilən taxıl və una əlavə dəyər vergisinin yenidən tətbiq edilməsi barədə qərar may ayının 1-də quvvəyə minib. /ANS PRESS/