United Credit Bank nizamnamə kapitalını artırır
08 İyul 2010 Cümə Axşamı 12:05
Bununla bağlı avqustda "United Credit Bankın növbədənkənar iclası keçiriləcək.
"United Credit Bank" ASC cari ildə nizamnamə kapitalını artırmağı planlaşdırır. Bankdan verilən məlumata görə, bu məsələni müzakirə etmək üçün bu ilin avqust ayının 20-də bankın Bakı, N. Rəfiyeva küç., 49-da yerləşən baş ofisində səhmdarların gündəliyində başqa məsələlərin olmadığı növbədənkənar iclası keçiriləcək.

Bankın ödənilmiş nizamnamə fondu 12,11 milyon manat təşkil edir. Onun səhmdarları bir hüquqi və iki fiziki şəxsdir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar