Unileasing gəlirliyi 9,5 faiz olan istiqrazlar buraxıb
13 İyul 2012 Cümə 22:31
Unileasing gəlirliyi 9,5 faiz olan istiqrazlar buraxıb. Şirkətin ümumi dəyəri 5 milyon manat olan istiqrazlarının emissiya prospekti qeydiyyata alınıb.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Unileasing" QSC-nin ümumi dəyəri 5 milyon manat olan adi, təmin edilməmiş, adlı, sənədsiz istiqrazlarının emissiya prospektini qeydiyyata alıb.
BFB-dən ANS PRESS-ə verilən məlumata görə, emissiya çərçivəsində hər birinin nominal dəyəri 1000 manat olan 5000 istiqraz buraxılıb. İllik faiz dərəcəsi 9,5 faiz və faiz ödəniş dövrünün müddəti isə 180 gün olmaqla qiymətli kağızların tədavül müddəti 12 aydır. Yerləşdirmənin anderrayteri qismində "Unicapital" ASC çıxış edir.
İstiqrazları əldə etmək istəyən şəxslər BFB-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilər.
DOSTLARINLA PAYLAŞ: