Unibank yeni filiallar açır
07 Aprel 2010 Çərşənbə 18:15
Unibank Aran rayonlarında filial şəbəkəsini genişləndirəcək.
"Unibank" ASC bu il təmsilçilik şəbəkəsini genişləndirməkdə davam edəcək. Bankın İdarə Heyətinin sədri Faiq Hüseynov bildirib ki, 2010-cu il üçün strateji planda Aran rayonlarında 3 filialın açılması nəzərdə tutulur.

Qeyd edək ki, bu ilin əvvəlindən bank Bakıda 2, Gəncədə 1 filial istismara verib. Hazırda "Unibank"ın 25 filial və 2 şöbə vasitəsilə fəaliyyət göstərir. Onlardan 8-i regional ofislərdir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar