“Unibank” yeni əməkdaşlığa başlayıb
05 Oktyabr 2009 Bazar Ertəsi 15:10
“Unibank” yeni əməkdaşlığa başlayıb. Tariflər 1,2 %-dən başlayır.
Oktyabr ayının 1-dən “Unibank” yeni pul köçürmələri sistemi – “LIDER” ilə işə başladı və bununla da beynəlxalq pul köçürmələri sistemlərinin operatorları olan şirkətlərlə əməkdaşlığı genişləndirərək onların sayını yeddiyə çatdırdı.
MDB-də fiziki şəxslər üçün hesab açılmadan pul köçürmələri sistemləri arasında əsaslarından biri sayılan “LİDER”, Rusiya, bütün MDB ölkələri, ABŞ, İspaniya, Çin, İsrail, Çexiya, Yunanıstan, Böyük Britaniya, Portuqaliya, Belçika, İsveçrə, İtaliya, Türkiyə və Estoniya da daxil olmaqla, dünyanın 20-dən artıq dövlətdə pul vəsaitlərinin qəbulu və göndərilməsi 7000 məntəqəsinə malikdir. “LİDER” pul köçürmələri sisteminin fərqliliyi – vəsaitlərin göndərilməsi və alınması tezliyinin minimal xərclərlə və etibarlılıq zəmanəti ilə birləşməsidir. Bundan başqa, bu pul köçürmələri şəbəkəsində köçürmələrə görə komissiya haqqını həmişə ancaq göndərən tərəf ödəyir, alıcıdan isə bu haqq tutulmur.
“Keyfiyyətli və rəqabətə davamlı bir xidmət təqdim edən “LİDER” Beynəlxalq pul köçürmələri sistemi müştərilərimizin ən geniş dairəsinə istiqamətlənib”, - deyə “Unibank”ın pərakəndə biznesin inkişafı üzrə Supervayzeri Güney Axundova qeyd edir. Onun sözlərinə görə, “LİDER” sistemi daxilində “Unibank”ın bütün filiallarında müştərilər köçürmələri istər Rus rublu ilə, istərsə də ABŞ dolları və ya Avro ilə ala biləcəklər. “Öz işində “LİDER”, köçürmələri ani olaraq həyata keçirməyə imkan verən müasir texnologiyalardan istifadə edir, bu sistemin ən mühüm üstünlərindən biri isə - tariflərdir, “Unibank”da onlar 1,2%-dən başlayırlar” – deyə O qeyd etdi.
“Unibank”da pul köçürmələri sistemləri vasitəsilə vəsaitlərinin göndərilməsi və ya alınması zamanı bütün müştərilər əlavə bonuslar qazanmaq imkanı əldə edirlər. Bir gün ərzində “Unibank”da 500$/500EUR (20 000 RUR) və daha artıq məbləğdə pul göndərənlər və ya alanlar mobil telefon üçün konturlu kart şəklində bonus əldə edirlər. Aksiya, Bankın Gəncə, Sumqayıt, Şəmkir, Quba, Mingəçevir və Şəkidəki filialları daxil olmaqla bütün xidmət şəbəkəsində qüvvədədir.
“LİDER"dən başqa “Unibank” daha altı beynəlxalq pul köçürmələri sistemi – “Western Union” (2000-ci ildən), “Bıstraya Poçta” (2005-ci ildən), “CONTACT” (2006-cı ildən), “Faster” (2007-ci ildən), “Xpmoney” (2007-ci ildən) və “Migom” (2008-ci ildən) ilə işləyir. Bu il Bankın pul köçürmələri üzrə dövriyyəsi artıq 21 milyon ABŞ dollarına yaxın bir məbləğ təşkil edir ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 11,5% artıqdır. Hər saat “Unibank”ın xidmət şəbəkəsi vasitəsilə fiziki şəxslər tərəfindən hesab açılmadan 25 pul köçürməsi həyata keçirilir. Xatırladaq ki, 2008-ci ildə “Unibank”ın xidmət şəbəkəsi vasitəsilə ümumi həcmi 27,5 mln. ABŞ dollarına bərabər olan pul köçürmələri həyata keçirilmişdi.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: