Unibank nizamnamə kapitalını artırır
28 İyul 2010 Çərşənbə 10:50
Avqustun 9-dan etibarən BFB-də “Unibank”ın səhmlərinin yerləşdirilməsinə başlanılacaq.
“Bakı Fond Birjası”QSC-yə (BFB) “Unibank” ASC-nin adi sənədsiz adlı səhmlərinin qeyri-kotirovka vərəqəsinə salınmasıyla bağlı müraciət olunub. Fonddan ANS PRESS-ə verilən məlumata görə, 9 avqust tarixindən etibarən BFB-də “Unibank” ASC-nin səhmlərinin yerləşdirilməsinə başlanılması nəzərdə tutulur.
Dövlət qeydiyyat nömrəsi AZ100100202P, emissiyanın həcmi 11 592000 manat, qiymətli kağızın miqdarı 5 796 000 ədəd, nominal dəyəri 2 manat, anderrayter “UniCapital” ASC-dir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: