Unibank nizamnamə kapitalını artırır
23 İyul 2010 Cümə 17:55
Unibankın səhmlərinin emissiya prospekti qeydə alınıb.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Unibank” ASC-nın adi adlı sənədsiz səhmlərinin emissiya prospekti qeydə alınıb. Bakı Fond Birjasından (BFB) ANS PRESS-ə verilən məlumata görə, emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə BFB ilə keçiriləcək.
Dövlət qeydiyyat nömrəsi AZ100100202P, emissiyanın həcmi 11 592 000 manat, qiymətli kağızın miqdarı 5 796 000 ədəd, nominal dəyəri 2 manat, anderrayter isə “UniCapital” ASC-dir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: