Unibank nizamnamə kapitalını artırır
21 Dekabr 2009 Bazar Ertəsi 17:25
Unibank nizamnamə kapitalını artırır. Gələn il üçün bankın büdcəsi təsdiq ediləcək.
Gələn il “Unibank” ASC-nin səhmdarlarının növbədənkənar iclası keçiriləcək.
Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 2010-cu ilin yanvar ayının 21-də baş tutacaq iclasda “Unibank”ın nizamnamə kapitalının artırılması gözlənilir.
Bundan başqa, iclasda 2009-cu ilin yekunlarına dair daxili audit komitəsinin və Bankın İdarə Heyəti sədrinin hesabatları açıqlanacaq.
Eyni zamanda, növbəti il üçün büdcə təsdiq ediləcək, cari məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, hazırda “Unibank”ın nizamnamə kapitalı 30 milyon manat təşkil edir. Cari ildə bankın nizamnamə kapitalı iki dəfə artırılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: