Unibank kreditlərini online ödəyin
11 Fevral 2013 Bazar Ertəsi 16:15
Unibank müştəriləri üçün seçim imkanlarını artırıb.
Kassaya yaxınlaşmadan kreditlərinizi, kommunal ödənişləri necə ödəmək olar? “Unibank” müştəriləri üçün seçim imkanlarını artırıb. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, krediti olan hər kəs, “Unibank”a gəlmədən http://www.unibank.az/ saytına daxil olmaqla, onlayn kredit ödənişi sistemindən istifadə edərək, bankda olan hər hansı kreditini ödəyə bilər.

Ödəniş mexanizmi çox sadədir. Müştəri saytın onlayn ödəniş bölməsi hissəsinə daxil olaraq, şəxsiyyət vəsiqəsinin PIN kodunu və ödəmək istədiyi kreditin nömrəsini daxil edir və “GÖSTƏR” düyməsini klik edir. Sonra müştəri ödəmək istədiyi kreditin yanındakı “ÖDƏ” düyməsini klik edir. Növbəti mərhələdə ödəniş səhifəsində ödəmək istədiyi məbləği və plastik kartın detallarını daxil edərək kreditni ödəmiş olur. Ödənişin təsdiqi barədə müştəriyə təşəkkür mesajı göstərilir və telefonuna qısa mesaj göndərilir.

Qeyd edək ki, ölkə bankları içərisində “Unibank” ilk dəfə olaraq ATM-lərində avtomatik kredit ödənişi xidmətini tətbiq edib. İstənilən bankın plastik kartına sahib olan müştəri, kartını Unibankın ATM-də qeydiyyata daxil edərək, “Unibank”da olan kredit ödənişlərini həyata keçirə bilir. Bu xidmətin qarşılığında isə heç bir əlavə ödəniş etmir.

“Unibank”ın bütün filiallarında olan “cash-in”lər vasitəsilə hər kəs növbəsiz, vaxt itkisi olmadan öz kreditlərini ödəyə bilər. Bu aparatlara nəzarət edən bank əməkdaşları daim müştərilərə kömək etməyə hazırdır.

“Unibank”ın “Android” və “"İOS” platformasında olan telefon sahibləri üçün yeni mobil əlavələri də müştərilərin vaxt itkisinin qarşısını almağa, onların rahatlığını təmin etməyə yönəldilib. “UniMobile Banking” mobil proqramının istifadəçiləri, Banka gəlmədən, onun xidmətləri, tarifləri və faiz dərəcələri barədə məlumat əldə etmək, ən yaxın ödəmə məntəqəni tapmaq, eləcə də mobil operatorlar, kommunal və digər xidmətlər üzrə mobil telefonlarından on-layn ödəniş apara bilirlər.

İnternet-Bank sistemi sayəsində müştərilər “Unibank”ın məhsullarından və xidmətlərindən İnternet vasitəsilə cəld, etibarlı və təhlükəsiz şəkildə istifadə edə bilir. Müştəri evdən çıxmadan belə, müxtəlif (həm bankdaxili həm də digər banklara) pul köçürmələri həyata keçirə bilər. Öz hesabların və plastik kartların çıxarışlarına baxmaq üçün daha banka ya ATM-ə getmək də lazım deyil.

Bankçılıqda müasir tendensiyaları nəzərə alan “Unibank”, daim məsafədən xidmət kanallarını genişləndirməkdədir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (http://www.unibank.az) və yaxud facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

“Unibank” - hər kəsin bankı


DOSTLARINLA PAYLAŞ:

oyunlar