Unibank kreditləri qapınıza gətirir
25 İyul 2012 Çərşənbə 17:04
Bakının mikrorayonlarının birində “Unibank”ın ilk kredit yarmarkası keçirilib.
“Kreditlər qapınıza gəlir” şüarı altında iyulun 24-dü Bakının mikrorayonlarının birində “Unibank”ın ilk kredit yarmarkası keçirilib. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, müştərilərə daha rahat tərzdə xidmət göstərmək üçün bank xüsusi yaratdlğl mobil ofisi vasitəsi ilə onların yaşayış yerlərində kredit sifarişlərinin qəbulu və rəsmiləşdirməsinə başlayıb.

Aksiya çərçivəsində vətandaşlardan və iş adamlardan nağd kreditlər, kredit kartları, mikro və avtokreditlərin cəlb olunması üzrə müraciətlər qəbul olunub. Potensial müştərilərin rahatlığını tam təmin etmək məqsədi ilə aksiya məhz axşam saatlarında təşkil edilib və əhalinin kütləvi maraqına səbəb olub. Belə ki, “Unibank”ın mobil ofisinə 116 müştəri müraciət edib və bir gün ərzində onlardan bir neçəsi faydalı kredit şərtlər hesabına öz sifarişlərinə müsbət cavab ala biliblər.

Xatırladaq ki, artıq “Unibank”da 2500 manata qədər kreditlər zaminsiz və qirovsuz verilir. Kreditlər əksər hallarda yalnız iş yerindən arayış əsasında verilir. Bu zaman istehlak kreditlərinin ödənilməsinin yeni ikiillik müddəti aylıq ödənişlərin məbləğini əhəmiyyəti dərəcədə azaltmağa imkan verir. Kreditin məbləği, hər bir borcalanın gəlirindən asılı olaraq, fərdi qaydada müəyyən olunur. Bundan başqa, bank tərəfindən borcalanların əmək stajlarınaminimal tələb 6 aydan 3 aya qədər azaldılıb, paytaxt qeydiyyatı da artıq kredit cəlb etmək üçün mütləq şərt deyil. İstehlak kreditlər üzrə effektiv faiz dərəcəsi isə illik 17 faizdir.

“İstehlak kreditlərə tələbat artır və biz bu səbəbdən mobil ofisimizi yaradaraq müştərilərə qarşı yeni addımlar etməyə hazırıq”, - deyə “Unibank” ASC Satış kanallarının idarə olunması üzrə Baş meneceri Vüsal Nağıyev qeyd etdi. Onun sözlərinə görə, bu cür aksiyalar əhali üçün böyük əhəmiyyət kəsb edir, ən azı ona görə ki, bu zaman müştərilərə təklif olunan kredit alətlərinin faydalı şərtləri aşkarlanır. “Son aylar ərzində kredit məhsullar cərgəsini xeyli genişləndirərək, biz potensial müştərilərə daha rahat və əlavə xərc tələb etməyən yeni xidmət kanalı təklif edirik”, - deyə o fikirini tamamlayıb.

Qeyd edək ki, kredit sifarişlərini qəbul edərkən, “Unibank”müştəri gəlirlərinin qiymətlədirməsində çevik yanaşma tətbiq edir. Belə texnologiyalar kredit üçün müraciətlərə dəqiqələr ərzində növbəsiz baxılmasını və çıxarılan qərarların qəbul edilməsində subyektiv amilləri istisna etməyə imkan verir.

“Unibank”da istehlak kreditlərinin şərtləri və “Kreditlər qapınıza gəlir” aksiyası barədə daha ətraflı məlumatı (012) 117 nömrəli telefonla əldə etmək olar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar