“Unibank”da on-line ödəniş imkanları genişləndirilir
22 Aprel 2011 Cümə 14:26
On-line rejimində ödəmə xidmətlərin sayı 26-ya çatır
Artıq dörd mobil rabitə operatoru, bir sıra sığorta şirkətləri, İnternet, stasionar rabitə və kabel televiziyası provayderləri tərəfindən göstərilən xidmətlərin, habelə kommunal haqqlarının ödənişlərini “Unibank” saytından aparmaq mümkündür. Bu barədə bankın mətbuat xidmətindən ANS PRESS-ə məlumat verib.

Bütün “Viza” və “Master Card” tipli plastik kartlarının sahibləri ödənişləri, Bankın filial və şöbələrinə baş çəkmədən, on-line rejimində həyata keçirə bilər. Saytda “GoldenPay” şirkəti ilə birgə yeni “Billpay” ödəniş sistemini tətbiq edərək, “Unibank” müştərilərin on-line rejimində ödəyə biləcəkləri xidmətlərin sayını 26-ya qədər genişləndirib.

“İndi on-line ödəniş sistemində “Şəxsi kabinet” opsiyası mümkündür”, - deyə bankın idarə heyyətinin sədr müavini Faiq Zeynalov vurğulayıb.

Onun sözlərinə görə, bu opsiya aparılan bütün ödənişlər, plastik kart, onun sahibi və abonent kodları barədə məlumatlar sistemın yaddaşında saxlamaq imkanı verir. Nəticədə, qeydiyyatdan keçən hər bir istifadəçi istənilən vaxt arxiv yaratmaq və öz ödənişlər üzrə çıxarışları çap edə bilər. Ən əsası isə belə müştərilər bonus proqramlarda və dəyərli mükafatların oynanılmasında iştirak etmək imkanı qazanırlar.

“BillPay” (http://billpay.unibank.az/) sistemində qeydiyyat və “Şəxsi kabinet”in açılması pulsuzdur. Bu prosedur iki dəqiqəyə yaxın vaxt aparır. Bununla yanaşı, “Unibank”ın saytı xidmətlərin on-line ödənişlərini qeydiyyat aparmadan da yerinə yetirmək imkanı verir. İstənilən halda müştəridən hər hansı bir komissiya haqqı tutulmur, bütün ödənişlər isə bir neçə saniyə ərzində həyata keçirilir.

Qeyd edək ki, “GoldenPay”in və “Unibank”ın on-line ödəniş üzrə bütün xidmətləri etibarlı və təhlüksizdir. Ən azı ona görə ki, bu əməliyyatlara “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemləri tərəfindən (“VeriSign SSL” şifrləmədən istifadə etməklə) nəzarət olunur.

Yaxın gələcəkdə Bankın saytı vasitəsilə on-line ödəniş sisteminin funksionallığı, yeni xidmət provayderlərinin qoşulması hesabına, daha da genişləndiriləcək.

Xatırladaq ki, “Unibank”da on-line ödənişlər və o cümlədən “BillPay” sistemi haqqında, habelə plastik kartların on-line sifarişi üzrə əlavə məlumatı (012) 117 saylı telefonla almaq mümkündür.


DOSTLARINLA PAYLAŞ:

oyunlar