Ukraynaya 3 milyon ton neft veriləcək
13 Yanvar 2010 Çərşənbə 10:40
ARDNŞ və “Ukrtatnafta” “Azeri layt” markalı neftin uzunmüddətli nəqlinə dair razılaşma əldə edib
Bu il Ukraynanın “Ukrtatnafta” şirkəti 3 milyon ton Xəzər nefti idxal edəcək. Bu barədə Ukrayna prezidentinin enerji təhlükəsizliyinə dair beynəlxalq məsələlər üzrə səlahiyyətli nümayəndəsi Boqdan Sokolovski məlumat verib.
“Ukrtatnafta” şirkəti həmçinin Azərbaycan Dövlət Neft Şirkəti ilə “Azeri layt” markalı neftin uzunmüddətli nəqlinə dair razılaşma əldə olunduğunu açıqlayıb. Bu çərçivədə 2010-cu ildə Azərbaycanda 3 milyon ton neft nəqli nəzərdə tutulur.
Xatırladaq ki, ötən il Kremençuq Neft Emalı Zavodunda ümumi həcmi 600 min ton olan Azərbaycan nefti sınaq məqsədilə emal edilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: