Ukraynada daha bir SOCAR YDM açılıb
29 Oktyabr 2011 Şənbə 17:06
Bu gün Lvov bölgəsinin Xolodnovidka kəndində “SOCAR Energy Ukrayna”ya məxsus yanacaqdoldurma məntəqəsinin açılışı olub.
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Ukraynada “SOCAR” brendli yanacaqdoldurma məntəqələri şəbəkəsini genişləndirir. ARDNŞ-in mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, şəbəkənin inkişafı həm mövcud YDM-lərin satın alınması, həm də yeni məntəqələrin inşası hesabına həyata keçirilir.

Bu gün Ukraynanın Lvov bölgəsinin Xolodnovidka kəndində “SOCAR Energy Ukrayna”ya məxsus daha bir yanacaqdoldurma məntəqəsinin açılışı olub. Mərasimdə ARDNŞ prezidenti Rövnəq Abdullayev, şirkət rəhbərliyinin təmsilçiləri, Ukrayna nümayəndəliyinin rəhbəri Elçin Məmmədov və başqaları iştirak ediblər.

Bu YDM-də ənənəvi A-95 və A-92 benzin növləri ilə yanaşı, Nano 95 və Nano DT (dizel yanacağı) növlərinin satışı həyata keçiriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar