Ukrayna Azərbaycan qazını istəyir
02 Mart 2013 Şənbə 11:02
Hazırda Qərbi Ukraynada yerldəşən yeraltı qaz anbarlarını Azərbaycan qazı ilə doldurmaq məsələsi müzakirə edilir.
Ukrayna Azərbaycanın "Şahdəniz" yatağından qaz almaq niyyətindədir. ANS PRESS "Ukrinform"a istinadən bildirir ki, bu barədə Kiyevdə keçirdiyi mətbuat konfransda Ukrayna prezidenti Viktor Yanukoviç bildirib.
Onun sözlərinə görə, hazırda Qərbi Ukraynada, yəni Avropa ilə sərhəddə yerldəşən yeraltı qaz anbarlarını Azərbaycan qazı ilə doldurmaq məsələsi müzakirə edilir: “Biz istəyirik ki, bu boru xətti Ukraynanın qərb sərhədlərinə qədər də çatsın. Urenqoy-Pomarı-Ujqorod istiqamətində qazın nəql həcmi 40 mlrd. kubmetrə qədər aşağı düşüb, halbuki bu boru 120 mlrd. kub metr qaz nəql edə bilər. Bu o deməkdir ki, bizim Avropaya qazı ixrac etmək üçün əlavə imkanlarımız var. Bu qaz yeraltı anbarlara vurularsa, bu həm də diversifikasiya deməkdir”,- deyə Ukrayna prezidenti vurğulayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar